Azərbaycanda sənaye mal ehtiyatları indeksi azalıb

Azərbaycanda sənaye mal ehtiyatları indeksi azalıb
# 30 yanvar 2014 11:43 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda sənaye istehsalında mal ehtiyatları indeksi 2014-cü il yanvarın 1-nə mənfi 7,1% təşkil edib.

«APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu indeks dekabrın əvvəlində müsbət 3,1%-ə bərabər olub.

Mal ehtiyatları indeksi sənaye müəssisələrinin anbarlarında qalan hazır məhsul ehtiyatlarının ay ərzində dinamikasını əks etdirir. Göründüyü kimi, indeks hazırda mənfidir və bu, anbarlarda mal ehtiyatlarının azalmasını göstərir. Belə ki, 2014-cü il yanvarın 1-nə sənaye müəssisələrinin anbarlarında 251,3 mln. manat həcmində hazır məhsul ehtiyatı olub ki, bu da dekabrın 1-nə nisbətən 19,2 mln. manat və ya 7,1% azdır.

Dekabrda sənaye sahəsində məhsul istehsalının həcmi noyabr ayı ilə müqayisədə 2,454 mlrd. manatdan 2,905 mlrd. manatadək artıb. Qeyd edək ki, mal ehtiyatlarının azalmasının istehsalın güclənməsi fonunda baş verməsi hesabat dövründə istehlakın da artdığını göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR