Almaniyada məktəb avtobusunun qəzaya uğraması nəticəsində 5-i uşaq olmaqla, 7 nəfər xəsarət alıb

Almaniyada məktəb avtobusunun qəzaya uğraması nəticəsində 5-i uşaq olmaqla, 7 nəfər xəsarət alıb
# 22 avqust 2013 23:19 (UTC +04:00)

Bakı-APA. Almaniyada ötən gün məktəb avtobusunun qəzaya uğraması nəticəsində 5-i uşaq olmaqla 7 nəfər xəsarət alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yol nəqliyyat hadisəsi Bremen şəhərinin yaxınlığında baş verib.

8-14 yaşlarında 21 şagirdin olduğu avtobusun sürücüsü dönüş manevri edərkən yol hərəkəti qaydalarını pozub və qarşıdan gələn minik avtomobili ilə toqquşub. Güclü zərbədən minik avtomobili yolun kənarına düşüb. Avtomobilin sürücüsü ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Avtobusda olan bir qız da ağır xəsarətlər alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR