Sumqayıtda qohumunu bıçaqlayan şəxs tutulub

Sumqayıtda qohumunu bıçaqlayan şəxs tutulub
# 06 yanvar 2014 16:53 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Sumqayıt şəhərində qohumunu bıçaqlayan şəxs tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanvarın 6-da əvvəllər məhkum olunmuş Mixail Punda yaşadığı Xəzər bağlar sahəsindəki evində qohumu Vasiliy Sapunkova bıçaqla xəsarət yetirib.

Sumqayıt Şəhər Polis İdarəsi 4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Punda tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR