İran “altılıq” ölkələri ilə yekun razılaşma üçün öz şərtlərini açıqlayıb

İran “altılıq” ölkələri ilə yekun razılaşma üçün öz şərtlərini açıqlayıb
# 07 mart 2014 08:32 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İran “altılıq” ölkələri ilə yekun razılaşmanın əldə olunması üçün öz şərtlərini açıqlayıb.

APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, bunu İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki (AEBA) nümayəndəsi Rza Nəcəfi martın 6-da qurumun İdarə Heyətinin yığıncağında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, rəsmi Tehranın “altılıq” ölkələri ilə yekun razılaşmanın əldə olunması üçün üç mühüm şərti var: “Birincisi, İranın nüvə məsələsi BMT Təhlükəsizlik Şurasının və AEBA İdarə Heyətinin gündəliyindən çıxarılmalıdır. İkincisi, bütün sanksiyalar aradan qaldırılmalıdır. Nəhayət, üçüncüsü, nüvə sahəsində beynəlxalq əməkdaşlıq olmalıdır”.

R.Nəcəfi vurğulayıb ki, İran nüvə silahı istehsal etməyəcək, habelə dünya ictimaiyyəti və agentlik qarşısında götürdüyü öhdəliklərə əməl edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR