Bakıda Ağcabədi rayon sakininə qarşı quldurluq edilib

Bakıda Ağcabədi rayon sakininə qarşı quldurluq edilib
# 28 mart 2014 08:01 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda Ağcabədi rayon sakininə qarşı quldurluq edilib. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, martın 26-sı saat 20 radələrində Şamil adlı şəxs Ağcabədi rayon sakini Fuad Cəfərovu restorana çağırıb, icarəyə verəcəyi avtoyuyucunun yerini göstərmək adı ilə yanındakı 3 nəfər naməlum şəxslə onu “VAZ-2107” markalı avtomobillə Novxanı bağlar massivinə gətiriblər. Orada Şamil F.Cəfərovun başın əli ilə vuraraq hədə-qorxu gəlib, 1300 manat pulunu, mobil telefon və gödəkcəsini götürüb gediblər.

Hadisədə şübhəli bilinən Bakı şəhər sakinləri Hüseyn Hüseynov, Əli Əlizadə və Masallı rayon sakini Şamil Əliyev qısa müddətdə Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən tutulublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR