«Khazar Island»da yeni iri körpünün inşasına başlanılıb

«Khazar Island»da yeni iri körpünün inşasına başlanılıb
# 16 noyabr 2013 11:27 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda, Xəzər dənizində yaşayış kompleksi – «Khazar Island» layihəsinin icrası çərçivəsində ikinci yeni nəhəng körpünün inşasına başlanılıb.

Layihənin icraçısı olan «Avesta» Konserninin rəhbəri İbrahim Nehrəmli APA-ya açıqlamasında bildirib ki, 250 metr uzunluğu olacaq bu körpünün inşasına artıq start verilib: «İlk əvvəl körpünün inşasında müəyyən səhvə yol verilmişdi. İşə yenicə başlanmışdı ki, körpünün memarlıq üslubu mənim xoşuma gəlmədi. Onun üçün biz körpünün müəyyən bir hissəsini sökərək yenidən tikməyə qərar verdik. Artıq körpünün tikintisinə başlanıb və tezliklə istifadəyə veriləcək».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR