Ağ Şəhər bulvarında velosiped xətti də olacaq

Ağ Şəhər bulvarında velosiped xətti də olacaq
# 25 oktyabr 2013 14:55 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Ağ Şəhər bulvarı Milli Parkın köhnə hissəsindən və Əl Oyunları sarayından Bayraq meydanına qədər hissəsindən daha fərqli olacaq.

«APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirib.

O deyib ki, əsas fərq bu parkın ölçüləri, ora döşənəcək daşların rəngləri və keyfiyyəti ilə bağlı olacaq. Yeni bulvarda velosiped xəttinin olacağını da deyən rəis müavini bildirib ki, hazırda bu xəttin çəkilməsinə tələbat böyükdür.

N.Məcidov yeni bulvarda karusel və attraksionların da ən yeni və müasir olacağını istisna etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR