Cəlilabadda minik avtomobili dirəyə çırpılıb, sürücü yaralanıb - FOTO

Cəlilabadda minik avtomobili dirəyə çırpılıb, sürücü yaralanıb - <span style="color: red;">FOTO
# 16 iyun 2014 15:57 (UTC +04:00)

Cəlilabad. Ağəddin Babayev - APA. Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə iyunun 16-da günorta saatlarında Ələt-Astara magistrlının Cəlilabad şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Cəlilabad sakini Ramil Mətləb oğlu Verdiyevin idarə etdiyi “VAZ-2109” markalı minik avtomobili Bakı istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirərək yolun kənarındakı işıq dirəyinə çırpılıb. Nəticədə baş-beyin nahiyəsindən xəsarət alan sürücü Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Qəza nəticəsində həmçinin minik avtomobili ciddi zədələnib, işıq dirəyi isə aşıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR