Heydər Əsədov: “Torpaq sahələrinin artıq göstərilməsi, qanunun icazə vermədiyi yerlərə subsidiya yazılması kimi hallar var” - VİDEO

Heydər Əsədov: “Torpaq sahələrinin artıq göstərilməsi, qanunun icazə vermədiyi yerlərə subsidiya yazılması kimi hallar var” - <span style="color: red;">VİDEO
# 28 fevral 2014 11:27 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. “Subsidiyaların verilmə mexanizminin dəyişdirilməsi bir günün işi deyil. Bunun üçün müəyyən vaxt lazımdır”.

APA-nın qərb bürosunun xəbərinə görə, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov Gəncədə “Aqrolizinq” ASC-nin Gəncə Təchizat Bazasında kənd təsərrüfatı texnikalarının fermerlərə təqdimatı zamanı deyib.

Onun dediyinə görə, subsidiyaların verilməsi tarixən formalaşan bir mexanizmdir: “Hazırda bu mexanizmin qiymətləndirmə mərhələsi keçirilir. Müəyyənləşdiririk ki, subsidiyaların verilməsində boşluqlar, mənimsəmə və qeyri şəffaflıq prosesləri harada var. Hazırda biz bununla bağlı inzibati tədbirlər görürük, yoxlamalar aparırıq. Müvafiq icra hakimiyyəti orqanları ilə müqayisələr aparılır və müəyyən fərqlər də meydana çıxır. Torpaq sahələrinin artıq göstərilməsi, lazım olmayan yerlərə, daha doğrusu, qanunun icazə vermədiyi yerlərə subsidiya yazılması kimi hallar var”.

Nazir bildirib ki, ilkin olaraq inzibatı, nəzarət və qiymətləndirmə metodu ilə subsidiyaların verilməsi zamanı neqativ halların aradan qaldırılmasına nail olunacaq. O, müvafiq strategiya hazırlandığını və bu sahəyə məsləhətçilərin cəlb olunduğunu da qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR