Azərbaycan paytaxtında 23 dərəcə isti olacaq

Azərbaycan paytaxtında 23 dərəcə isti olacaq
# 30 oktyabr 2013 09:42 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, günün birinci yarısında yarımadanın bəzi yerlərində az yağış yağacağı ehtimalı da var. Cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 9-13, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarına oktyabrın 31-də əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimalı var. Şərq rayonlarında isə çiskin olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Aran rayonlarında havanın temperaturu gecə 6-11, gündüz 18-23 dərəcə, dağlarda gecə 1-6, gündüz 12-17 dərəcə isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR