TQDK daha üç e-xidmət təqdim edib

TQDK daha üç e-xidmət təqdim edib
# 06 iyun 2014 15:39 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycanın dövlət qurumlarının elektron xidmətlərini özündə cəmləşdirən “Elektron hökumət” portalına Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının daha üç elektron xidməti inteqrasiya edib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, portal üzərindən təqdim olunan yeni e-xidmətlərə “Namizədlərin (abituriyentlərin, bakalavrların, rezidenturaya sənəd verənlərin) ərizələrinin onlayn qəbulu”, “Sınaq imtahanına yazılış” və “Namizədlərin elektron ixtisas seçimi ərizələrinin onlayn qəbulu” xidmətləri daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR