Bakıda dələduzluq maddəsi ilə axtarışda olan 3 nəfər tutulub

Bakıda dələduzluq maddəsi ilə axtarışda olan 3 nəfər tutulub
# 10 iyun 2014 08:06 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda axtarışda olan 3 nəfər tutulub.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1978-ci il təvəllüdlü Telman Ağayev tutulub.

Dələduzluq maddəsi ilə axtarışda olan daha iki nəfəri Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub. İdarənin Post Patrul Xidməti Bölüyünün və 24-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 1963-cü il təvəllüdlü Əhliman Camalov və 1972-ci il təvəllüdlü Xatirə Xalıqova tutulublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR