Komitə sədri: “Azərbaycana gətirilən “halal” məhsullar yoxlanacaq”

Komitə sədri: “Azərbaycana gətirilən “halal” məhsullar yoxlanacaq”
# 03 aprel 2014 10:18 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib.

“Bu bizim milli standartımızdır və beynəlxalq standartın əsasında tətbiq olunub. Bunun üçün də istər Azərbaycanda, istərsə də xaricdə istehsal olunan məhsullar bu standarta uyğun olmalıdır”, - deyə o bildirib.

R.Həsənov deyib ki, əgər hansısa şirkət Azərbaycana “Halal” markası ilə məhsullar idxal edəcəksə, onların bununla bağlı sertifikatı olmalıdır: “Bu sertifikatın əsasında Komitə tərəfindən araşdırmalar aparılacaq və onlara milli standarta uyğunluğu yoxlanılacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR