Yığmamızın çalışdırıcısı II Bundesliqa klubuna baş məşqçi təyin edilib

Yığmamızın çalışdırıcısı II Bundesliqa klubuna baş məşqçi təyin edilib
# 05 sentyabr 2013 09:21 (UTC +04:00)

Bakı – APA. Azərbaycan millisinin məşqçisi Olaf Yansenin Almaniyanın “Dinamo” futbol klubuna təyinatı gerçəkləşib. Apasport.az saytının məlumatına görə, yığmamızda Berti Foqtsun köməkçisi olan mütəxəssis II Bundesliqa təmsilçisinin baş məşqçisi təyin edilib.


Drezden klubu neçə gündür baş məşqçi axtarışlarında müxtəlif çalışdırıcılarla danışıqlar aparsa da, sonda məhz Yansenlə anlaşıb. 2008-ci ildən ölkəmizdə çalışan mütəxəssis autsayderlər sırasında olan “Dinamo”nu bu durumdan çıxarmalıdır. Onunla 2015-ci ilədək müqavilə imzalanıb.

Qeyd edək ki, Yansen DÇ-2014-ün seçmə mərhələsinin İsraillə səfər oyununa yollanan heyətdə yer almayıb. Onun Kazanda rəqibimiz Rusiya ilə Lüksemburqun qarşılaşmasını izləyəcəyi gözlənilirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR