Məhkumlardan qadağan olunmuş vasitələr götürülüb

Məhkumlardan qadağan olunmuş vasitələr götürülüb
# 11 mart 2014 15:38 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 7 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan məhkumdan narkotik vasitə götürülüb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.3.3 maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş məhkum Ədalət Mirmehti oğlu Mirişovun üzərinə baxış keçirilən zaman əynində olan gödəkçənin sol qolunun altında gizlədilmiş 1 ədəd sellofana bükülmüş xalis çəkisi 0.615 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülüb.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Cinayət Məcəlləsinin 213.2.2 maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Elçin Elmik oğlu Hüseynovun saxlandığı kameraya və əşyalarına baxış keçirilərkən, dolabçanın içərisində gizlədilmiş gizli saxlanc yerindən ona məxsus 2 ədəd “Nokia” , 1 ədəd “İphone-5” markalı mobil telefon aparatları, elektrik qidalandırıcısı və 3 ədəd “Sim” danışıq kartları aşkar edilərək götürülüb.


Faktlar üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR