Rusiya Dövlət Duması: Ukrayna rəhbərliyinin Avropa Birliyi razılaşma imzalanmasının təxirə salınması haqqında bəyanatları əsassızdır

Rusiya Dövlət Duması: Ukrayna rəhbərliyinin Avropa Birliyi razılaşma imzalanmasının təxirə salınması haqqında bəyanatları əsassızdır
# 29 noyabr 2013 16:19 (UTC +04:00)

Bakı – APA. “Ukrayna Avropa Birliyi ilə assosiativ razılaşma imzalamayacaq. Çünki bu, yalnız yerli oliqarxlara sərf edir”. APA-nın RİA “Novosti” agentliyinə istinadən verdiyi məlumata görə bunu Rusiya Dövlət Dumasının Beynəlxalq münasibətlər komitəsi sədrinin birinci müavini, Kommunist Partiyasının təmsilçisi Leonid Kalaşnikov deyib.

Qeyd edək ki, ötən həftə Ukrayna hökuməti Avropa Birliyi ilə assosiativ razılaşmanın imzalanmasına hazırlığı dayandırıb. Səbəb kimi Rusiya və MDB ölkələri ilə iqtisadi inkişafın zəruriliyi göstərilib. Razılaşma 28-29 noyabrda Vilnüsdə keçiriləcək “Şərq Tərəfdaşlığı” sammitində qüvvəyə minməli idi.

L. Kalaşnikov bildirib ki, Ukrayna rəhbərliyinin razılaşmanın imzalanmasının yalnız təxirə salınması haqqında bəyanatları əsassızdır.

“Bugünkü təxirə salınma haqqında siyasi söz-söhbətlər mənasızdır. Yanukoviç vəziyyəti qiymətləndirərək düzgün qənaətə gəlib ki, bu, Ukrayna deyil, yalnız oliqarxlar üçün sərfəlidir. Yalnız siyasi məqsədlər güdən Avropa, sadəcə olaraq Ukraynanı Rusiyadan qoparmağa cəhd edirdi. Ortada iqtisadi məqsəd yox idi. 45 milyon insanın günü sabah işləmək üçün axışıb gəlməsi kimi baş ağrısı Avropaya lazım deyil. Bu gün Bolqarıstan, Rumıniya kimi problemlər Avropaya bəsdir”, - deyə deputat qeyd edib.

O xatırladıb ki, iki il əvvəl Rusiya və Ukrayna oxşar saziş bağlayıb. Sazişin şərtlərinə görə, Ukrayna malları üçün sərhədlər açılıb. “Əgər siz öz istehsalçılarınızı məhv etmək istəyisinizsə, biz bunu etməyəcəyik. Ona görə ki, Ukraynaya Avropadan axan mallar açıq sərhəd vasitəsilə biz tərəfə keçəcək”, - L. Kalaşnikov əlavə edib.

Avropa Birliyi və Ukraynanın razılaşma imzalamaq niyyətində olmaq barədə məlumatları Kalaşnikov “diplomatik mənada vəziyyətdən çıxmaq” kimi qiymətləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR