Dövlət Xidməti: Ərzaq mallarının pərakəndə satış qiymətlərində artım yoxdur

Dövlət Xidməti: Ərzaq mallarının pərakəndə satış qiymətlərində artım yoxdur
# 05 dekabr 2013 10:44 (UTC +04:00)

Dövlət Xidmətindən «APA-Economics»ə verilən məlumata görə, son iki günün monitorinqləri istehlak bazarında ərzaq mallarının pərakəndə satış qiymətlərində artımın olmadığını göstərir. Bununla yanaşı, Xidmət tərəfindən istehlak bazarında intensiv nəzarət tədbirləri davam etdirilir.

Dövlət Xidmətindən bildirilib ki, görülən işlərin daha səmərəli olması və operativ tədbirlərin görülməsi üçün istehlakçılardan 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR