Müasir Müsavat Partiyası Hafiz Hacıyevə sui-qəsd hazırlandığını iddia edir

Müasir Müsavat Partiyası Hafiz Hacıyevə sui-qəsd hazırlandığını iddia edir
# 28 oktyabr 2013 11:34 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Müasir Müsavat Partiyasının (MMP) sədri, keçmiş prezidentliyə namizəd Hafiz Hacıyevə qarşı sui-qəsd planlaşdırıldığını iddia olunur.

APA-nın xəbərinə görə, MMP-nin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, H. Hacıyevlə Milli Şuranın keçmiş prezidentliyə namizədi arasında İTV-də namizədlərə ayrılan pulsuz efir vaxtı yaşanan insidentdən sonra ona qarşı təzyiqlər başlayıb.

Məlumata görə, hər debatdan sonra H. Hacıyevin şəxsi telefonuna gələn nömrəli və nömrəsiz zənglərdən onu təhqir edib və öldürəcəkləri ilə hədələyiblər. Hafiz Hacıyevin avtomobilinin izləndiyi də dəfələrlə hiss edilib.

“2-3 gün öncə isə gecə saatlarında partiyanın qərargahına iki şübhəli şəxs gələrək təşkilata üzv olmaq istədiklərini deyiblər. Onların hərəkətlərindən şübhələnən partiya funksioneri bu haqda hüquq-mühafizə orqanlarına xəbər verib. Bundan sonra həmin şəxslər MMP qərargahından tələsik uzaqlaşıblar. Hal-hazırda partiya sədrini mühafizəsi daha da gücləndirilib”, – deyə məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR