Yevlaxda avtomobil aşıb, bir nəfər ölüb, 4 nəfər xəsarət alıb

Yevlaxda avtomobil aşıb, bir nəfər ölüb, 4 nəfər xəsarət alıb
# 10 aprel 2014 11:28 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Azərbaycanda ağır yol qəzası baş verib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə aprelin 9-da saat 23 radələrində Yevlax rayonu Aran qəsəbəsinin ərazisində qeydə alınıb. Bərdə rayon sakini Səxavət Xəlilov idarə etdiyi “VAZ-21723” markalı avtomobili aşırıb. Sürücü hadisə yerində dünyasını dəyişib. Onun sərnişinləri Leyla Xəlilova, Gülgəz Xəlilova, İlahə İbrahimova, Rafiq Rafiqli xəsarətlə xəstəxanaya yerləşdiriliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR