Ucar və Zərdab rayonlarına təbii qazın verilişində fasilə yaranıb

Ucar və Zərdab rayonlarına təbii qazın verilişində fasilə yaranıb
# 09 yanvar 2014 11:51 (UTC +04:00)

Ucar. Zahid Abışov - APA. Ucar rayonunun bir hissəsinə və Zərdab rayonuna təbii qazın verilişində fasilə yaranıb.

Ucar rayon Qaz İstismar sahəsinin baş mühəndisi Vüqar Zamanovun APA-nın yerli bürosuna verdiyi məlumata görə, dünən axşam saatlarında Ucar-Zərdab əsas magistral qaz xəttinin 9,1-ci kilometrliyində Ucar rayonunun Qarabörk və Qazyan kəndlərinin sərhədində sızma baş verib.

Sızma ilə əlaqədar Ucar rayonunun Lək və Qazyan kəndləri, eləcə də Zərdab rayonunun təbii qazla təmin olunan bütün yaşayış məntəqələrinə təbii qazın verilişi dayandırılıb. Bu gün səhər saatlarından etibarən əraziyə təmir briqadaları göndərilib və axşam saat 16:00-a kimi təmir işlərinin başa çatacağı planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR