Gəncədə “Məzun-2014” əmək yarmarkası keçirilib - VİDEO

Gəncədə “Məzun-2014” əmək yarmarkası keçirilib - <span style="color: red;">VİDEO
# 16 may 2014 11:12 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Azərbaycan Dövlət Aqrar Universitetində “Məzun 2014” əmək yarmarkası keçirilib.

Universitetdən APA-nın qərb bürosuna verilən məlumata görə, yarmarkada ölkənin 30-dan artıq rayon və şəhərindən 100-ə yaxın müəssisə 1 050-ə yaxın vakant yer təqdim edib.

Ali məktəbin rektoru İbrahim Cəfərov bildirib ki, bu cür yarmarkalar 2009-cu ildən keçirilir. Onu sözlərinə görə, bu il 1 309 bakalavr, 100 magistr bu təhsil ocağını bitirir. Rektor belə yarmarkalarda məzunların böyük bir hissəsinin işlə təmin olunduğunu söyləyib.

Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev isə respublikada aqrar mütəxəssislərə tələbatın olduğunu deyib. O deyib ki, təhsil ocaqlarında belə yarmarkaların keçirilməsi məqsədəuyğundur.

Tədbirdə qeyd edilib ki, məzun yarmarkalarının keçirilməsində məqsəd respublikanın əmək bazarında vəziyyət və vakansiyalar barədə obyektiv informasiya almaq, məzunları işlə təmin etməkdən ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR