Azərbaycanda bank aktivləri son bir ildə 27% artıb

Azərbaycanda bank aktivləri son bir ildə 27% artıb
# 09 iyun 2014 06:55 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu aktivləri son bir ildə 4 697,74 mln. manat və ya 27,1% artaraq 2014-cü il mayın 1-nə 22 9,52 mln. manata çatıb.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, təkcə bu ilin aprel ayı ərzində aktivlərin həcmi 590,89 mln. manat və ya 2,8% artıb.

Bank aktivlərinin tərkibində əsas yeri əvvəlki dövrlərdəki kimi müştərilərə verilən kreditlər tutur. Belə ki, bu kreditlərin həcmi 14 922,3 mln. manat və ya ümumi aktivlərin 67,8%-ni təşkil edir. Bundan başqa, aktivlərin tərkibində 1 942,2 mln. manat həcmində olan investisiyalar, 1 535,6 mln. manat həcmində olan müxbir hesabları, 817,2 mln. həcmində nağd vəsaitlər, 1 069,1 mln. manat həcmində maliyyə sektoruna verilən kredit və depozitlər və 1 723,1 mln. manat həcmində digər aktivlər tutur.

Passivlərin strukturunda isə 9 547,4 mln. manat depozitlər, 7 319 mln. manat maliyyə sektorundan cəlb edilən kredit və depozitlər, 1 537,6 mln. manat digər öhdəliklərin payına düşür. Passivlərin tərkibində kapitalın həcmi 3 605,4 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR