İP üzvü: “İsa Qəmbər İctimai Palatanın buraxılmasının tərəfdarı deyil”

İP üzvü: “İsa Qəmbər İctimai Palatanın buraxılmasının tərəfdarı deyil”
# 25 dekabr 2013 15:21 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Bu gün İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) növbəti iclası keçirilib.

Bu barədə APA-ya məlumat verən VHP Ali Məclisinin sədri, İP KŞ üzvü Rafiq Manaflı bildirib ki, iclasda ölkədə və beynəlxalq aləmdə baş verən proseslər, İP-in taleyi ilə bağlı müzakirələr aparılıb.

Onun sözlərinə görə, İctimai Palatanın buraxılması ilə bağlı yekdil fikir yoxdur: “Belə ki, əksəriyyət qurumun buraxılmasının tərəfdarı olsa da, bəziləri fəaliyyətini davam etdirməsini məqbul sayır. Bu baxımdan müzakirələrin davam etməsi qərara alınıb. Hər halda İctimai Palata ilə bağlı yekun qərarı qurumun sessiyası verəcək. Sessiyanın vaxtı isə hələ müəyyənləşməyib”.

R. Manaflı qeyd edib ki, Müsavat Partiyasının başqanı, İctimai Palatanın dönəm sədri İsa Qəmbər hazırda qurumun buraxılmasının tərəfdarı deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR