Sərdar Cəlaloğlu: “Müsavat süni demokratiya oyununu kənara qoyub, İsa Qəmbəri başqanlıqda saxlamalıdır”

Sərdar Cəlaloğlu: “Müsavat süni demokratiya oyununu kənara qoyub, İsa Qəmbəri başqanlıqda saxlamalıdır”
# 06 noyabr 2013 12:19 (UTC +04:00)

Azərbaycan təcrübəsi göstərir ki, İsa Qəmbər kimi liderlərin sədrlikdən getməsi təmsil etdikləri partiyanın zəifləməsinə və dağılmasına gətirib çıxarır. Eyni zamanda mən Müsavat Partiyasında İsa Qəmbəri əvəz edə biləcək şəxs görmürəm”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

S. Cəlaloğlu İsa Qəmbərin Müsavat Partiyasının başqan vəzifəsində qalmasının tərəfdarı olduğunu açıqlayıb və onun vəzifəsindən getməsinin Müsavat Partiyasının zəifləməsinə səbəb olacağını iddia edib: “Hazırda Müsavat Partiyasında İsa Qəmbəri əvəz edən, yaxud da ona yaxın liderlik qabiliyyətinə malik adam yoxdur. Düzdür, Müsavat Partiyasını səthi idarə etməyə Arif Hacılı, Arzu Səmədbəyli kimi şəxslər var. Amma bütün bu adamların arasında İsa Qəmbər istər siyasi təcrübəsi, Müsavat Partiyasındakı xidmətləri, cəmiyyətdə qəbul edilməsinə görə, digərlərindən çox irəlidədir”.

ADP sədri hesab edir ki, Müsavat Partiyası güclənmək istəyirsə, ilk növbədə Nizamnaməsini dəyişməli və İsa Qəmbəri başqanlıqda saxlamalıdır: “Mən hesab edirəm ki, hətta İsa Qəmbər getmək istəsə belə, Müsavat süni demokratiya oyununu kənara qoyub, real vəziyyəti nəzərə almalı və İsa Qəmbəri partiya başqanlığında saxlamalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR