Azərbaycan sahibkarları Hindistanda keçiriləcək sərgiyə dəvət olunub

Azərbaycan sahibkarları Hindistanda keçiriləcək sərgiyə dəvət olunub
# 08 noyabr 2013 12:49 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Gələn ilin əvvəlində Hindistanda beynəlxalq avadanlıq və texnologiyalar sərgisi keçiriləcək.

«APA-Economics»in Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (Azpromo) istinadən verdiyi məlumata görə, yanvarın 22-24-də Mumbay şəhərində «India Engineering Sourcing Show-2014» avadanlıq və texnologiyalar sərgisi baş tutacaq.

«IESS-2014» Hindistanın ən böyük beynəlxalq mühəndislik məhsulları və xidmətlər sərgisidir. Sərginin keçirilməsində məqsəd Hindistanla qlobal əməkdaşlıq əlaqələrinin yaradılmasıdır.

IESS ən son texnologiyaları və bütün dünyadan olan alıcıları və satıcıları bir araya gətirmək üçün təşkil olunur. Hindistan bazarlarına çıxmaq niyyətində olan beynəlxalq şirkətlər, bu sərgidə öz məhsullarını təqdim etməklə yanaşı, həmçinin bu ölkədə distributor və tərəfdaş tapa bilər.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr sərgidə iştiraka dəvət olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR