WTI markalı neft yenidən ucuzlaşıb

WTI markalı neft yenidən ucuzlaşıb
# 25 noyabr 2013 06:57 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Noyabrın 22-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair yanvar müqaviləsinin dəyəri 0,67 dollar və ya 0,7% azalaraq 1 barelə görə 94,84 dollar təşkil edib.


«APA-Economics»in məlumatına görə, noyabrın 22-də ICE London qitələrarası birjasında yanvarda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,97 dollar və ya 0,9% artaraq 111,05 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR