Stomatoloji kabinetdə dünyasını dəyişən şəxsin ölümünün səbəbləri ekspertizadan sonra açıqlanacaq

Stomatoloji kabinetdə dünyasını dəyişən şəxsin ölümünün səbəbləri ekspertizadan sonra açıqlanacaq
# 05 dekabr 2013 14:14 (UTC +04:00)

Bakı. Fuad Cəfərov, Gülnar Bəşirova - APA. Bakıda stomatoloji kabinetdə dünyasını dəyişən şəxsin ölümünün səbəblərini müəyyənləşdirilməsi üçün mərhumun meyiti ekspertizaya göndərilib. Bu barədə APA-ya açıqlamasında Nəsimi rayon prokurorunun köməkçisi Şəbnəm İbrahimova deyib. Onun sözlərinə görə, ekspertizanın rəyindən sonra ölümün səbəbləri məlum olacaq.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli isə APA-ya bildirib ki, xəstəyə dişində əməliyyat aparılması üçün iynə vurulduqdan sonra anafilaktik şok yaranıb və həmin şəxs çox böyük ehtimalla şokdan ölüb: “Hadisə özəl tibb müəssisəsində baş verib. Pasiyentin ölmə səbəbinin anafilaktik şokdan baş verməsi ehtimal olunsa da, dəqiq səbəbləri tibbi ekspertizanın rəyindən sonra məlum olacaq”.

Qeyd edək ki, bu gün Bakıda stomatoloji kabinetdə ölüm hadisəsi baş verib. "VİP Dental" stomatoloji kabinetində dişlərini müalicə etdirən 1966-cı il təvəllüdlü Elçin Məmmədov iynə vurulandan sonra qəflətən vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR