Şəkidə Prezident Kuboku uğrunda çövkən oyunlarının açılış mərasimi keçirilib - VİDEO

Şəkidə Prezident Kuboku uğrunda çövkən oyunlarının açılış mərasimi keçirilib - <span style="color: red;">VİDEO
# 16 dekabr 2013 15:55 (UTC +04:00)

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və Şəki şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən yarışlar Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində təşkil edilib.

Açılış mərasiminə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, Şəki şəhər İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini Zərinə Cavadova və rayon ictimaiyyətinin nümayəndələri qatılıb. Ə. Qarayev çıxışında ölkə rəhbərliyinin xüsusi diqqəti və dəstəyi sayəsində milli çövkən oyununun UNESCO-nun qeyri-maddi mədəni irsinə daxil edildiyini, bu yarışların artıq ənənə halını almasının fərəhləndirici olduğunu bildirib.

Dekabrın 22-dək davam edəcək yarışların keçirilməsində məqsəd qədim milli oyunları qoruyub saxlamaq, qədim tarixə malik atçılıq ənənələrinin bərpası, atçılıq turizminin təbliği və inkişafı, habelə gənc nəsildə bu sahəyə marağın oyadılmasıdır. Yarışlara ölkənin 20 rayonunu təmsil edən komandalar qatılıb.

Komandalar çövkən, sür-papaq, papaq və atüstü güləş oyunları üzrə güclərini sınayacaqlar. Yarışların sonunda münsiflər heyətinin qərarı ilə qalib komandalar Mədəniyyət və Turizm Nazirliyinin diplom və mükafatları ilə təltif ediləcək.

Qeyd edək ki, Prezident Kuboku uğrunda çövkən milli oyunları 2006-cı ildən başlayaraq Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və Şəki şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilir. Budəfəki yarış sayca səkkizincidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR