Azərbaycanın Pakistandakı səfiri bu ölkə Milli Assambleyasının sədri ilə görüşüb

Azərbaycanın Pakistandakı səfiri bu ölkə Milli Assambleyasının sədri ilə görüşüb
# 17 dekabr 2013 15:53 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadıq ilə görüşüb. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı D. Şikarov Azərbaycan-Pakistan münasibətlərinin siyasi, iqtisadi, hərbi, mədəni və humanitar aspektlərindən söz açıb, Pakistanın Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycana verdiyi dəstək və Ermənistanı işğalçı siyasəti ilə bağlı bir dövlət kimi tanımaması ilə əlaqədar həmsöhbətinə öz minnətdarlığını bildirib.

Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadıq isə xalqlar arasındakı tarixi, mədəni və dini oxşarlıqları qeyd edərək, bu bənzərliklərin iki ölkə münasibətlərinin inkişafına töhfə verdiyini bildirib, ölkəsinin Azərbaycanı Dağlıq Qarabağ məsələsində tam dəstəklədiyini və bunun işğal olunmuş torpaqların tam azad olunana qədər davam edəcəyini vurğulayıb.

Sonda Pakistan parlamentinin sədri 2012 və 2013-cü illərdə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın bütün əyalətlərində həyata keçirilən humanitar yardımlara görə minnətdarlığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR