Azərbaycanlı iş adamları İraqın müqəddəs şəhərlərinin yollarını bərpa edə bilər

Azərbaycanlı iş adamları İraqın müqəddəs şəhərlərinin yollarını bərpa edə bilər
# 29 mart 2014 08:49 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. İraqın Nəcəf və Neynəvə əyalətlərində yolların bərpası üzrə beynəlxalq tenderlər keçirilir.


Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə verilən məlumata görə, İraq Şəhərsalma və Tikinti Nazirliyi tərəfindən Nəcəf və Neynəvə əyalətlərində yolların bərpası üzrə beynəlxalq tenderlər elan olunub.

Azərbaycan iş adamları tenderlərdə iştiraka dəvət edilir. Tenderdə iştirak etmək istəyən azərbaycanlı iş adamları “Azpromo”ya müraciət edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR