Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü qeyd olunub - FOTO

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü qeyd olunub - <span style="color: red;">FOTO
# 06 may 2014 12:38 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə Müdafiə Nazirliyinin rəhbərliyi və müxtəlif qoşun növlərinin komandanları, hərbi hissələrin zabitləri və xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları iştirak ediblər.

Mərasimdə müdafiə nazirinin Şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-leytenant Çingiz Məmmədov geniş nitq söyləyib.

Toplantıda iştirak edən cəbhə bölgəsində yerləşən hərbi hissənin zabiti, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantları Heydər Əliyevin həyat və fəaliyyəti, ömür yolu barədə çıxış ediblər.

Mərasimdə müdafiə naziri, general-polkovnik Zakir Həsənov yekun nitqi ilə tədbir iştirakçıları qarşısında çıxış edib.

Müdafiə naziri, general-polkovnik Z. Həsənovun təsdiq etdiyi plana əsasən Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş təntənəli mərasimlər bu günlərdə şəxsi heyətin iştirakı ilə bütün hərbi hissələrdə qeyd olunacaq.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR