Beynəlxalq Miqrasiya Təşkilatı: Ötən il bütün dünyada beynəlxalq miqrantların sayı 232 milyon olub

Beynəlxalq Miqrasiya Təşkilatı: Ötən il bütün dünyada beynəlxalq miqrantların sayı 232 milyon olub
# 10 aprel 2014 10:38 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbər əvəzi Serhan Aktoprak Bakıda "Azərbaycan Respublikasında miqrasiya siyasəti və insan hüquqları" mövzusunda keçirilən beynəlxalq konfransdakı çıxışı zamanı deyib.

Onun sözlərinə görə, son iki ildə belə bir artım nəzərə alınsa, beynəlxalq miqrantların qazanclarından öz ölkələrinə göndərdiyi vəsaitin 500 mlrd. dolları keçəcəyi gözlənilir. Bu rəqəm Səudiyyə Ərəbistanın ümumi daxili məhsulunun həcminə yaxınlaşmış olacaq.


Azərbaycanda miqrantların hüquqlarının qorunmasını qiymətləndirən Serhan Aktoprak bildirib ki, burada miqrantların hüquqları yüksək səviyyədə qorunur. Onun sözlərinə görə, bəzi dövlətlərdə xarici ölkə vətəndaşlarına qarşı dərisinin rəngi, dili, dininə görə ayrı-seçkilik edilsə də, Azərbaycanda bu hallar müşahidə olunmur: “Buna Azərbaycan xalqının tolerant, qonaqpərvər olmasının da çox böyük təsirləri var. Miqrasiya idarəçiliyi sahəsində Azərbaycan modeli dünyada nümunəvi model olmalıdır. Artıq Azərbaycan mexanizmlərini öyrənməyə maraqlı olan ölkələr var. BMqT miqrantların, əcnəbilər deyə adlandırılan insanların Azərbaycana gəldiyi zaman hüquqlarının tam təmin olunması, beynəlxalq normalara uyğun qorunması istiqamətində Azərbaycan dövlətinin göstərdiyi səyləri, fəaliyyəti yüksək qiymətləndirir. Azərbaycanın beynəlxalq səviyyədə tranzit rolunun, infrastrukturunun inkişaf edəcəyini gözləyirik. Azərbaycanda nəqliyyat xətlərinin genişləndirilməsi, iqtisadi fəaliyyətin gücləndirilməsi tranzit miqrasiyasının artmasına səbəb olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR