Qulu Novruzov: “Müəllimləri yeni innovasiyalara hazırlamaqda çətinliklər var”

Qulu Novruzov: “Müəllimləri yeni innovasiyalara hazırlamaqda çətinliklər var”
# 22 fevral 2014 09:01 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “2008-ci ildən etibarən ölkədə orta təhsildə yeni kurrikulumlar tətbiq olunmağa başlayıb. Artıq bu il VI siniflər yeni kurrikulumlara əsasən tədris prosesinə cəlb olunublar. Ənənəvi təlimdən fərqli olaraq yeni kurrikulumda tədris texnologiyaları, təlimin-təhsilin məzmununda fərqlər var”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov deyib. O bildirib ki, ölkədə 15-20 il və daha artıq iş təcrübəsinə malik olan müəllimlər ənənəvi tədrisdən yeni təlim texnologiyalarına keçməli olurlar.

Q. Novruzov etiraf edib ki, 10 günlük təlimlərlə müəllimləri yeni innovasiyalara hazırlamaqda çətinliklər var: “Təhsil Problemləri İnstitutunun bu baxımdan apardığı işlərdən biri də ondan ibarətdir ki, müəllimlərin hazırlanması üçün yeni məzmun hazırlamaq lazımdır. Elə bir məzmun qurmaq lazımdır ki, müəllimləri yeni təlim-texnologiyaları, innovasiyaları ilə hazırlaya, tədris prosesinin səmərəliliyini, nəticəyönümlü, şəxsiyyətyönümlü təhsilin tədrisini təşkil edə bilək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR