«Turanbank»ın mənfəəti 46% artıb

«Turanbank»ın mənfəəti 46% artıb
# 30 oktyabr 2013 13:43 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Turanbank» ASC-nin 2013-cü ilin yanvar-sentyabr ayları ərzində əldə etdiyi gəlirlərin həcmi 20,248 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin müvafiq dövrünün göstəricisindən 21,3% çoxdur. Bankdan «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda bankın xərcləri 15,8% artaraq 16,122 mln. manata çatıb.

Bankın hesabatına əsasən, bu ilin ilk üç rübü ərzində «Turanbank» 4,126 mln. manat həcmində mənfəət əldə edib ki, bu da illik müqayisədə 46,1% çoxdur.

Qeyd edək ki, hesabat dövründə bankın faiz gəlirləri 17,141 mln. manat, qeyri-faiz gəlirləri 3,107 mln. manat, faiz xərcləri 8,652 mln. manat, qeyri-faiz xərcləri isə 7,470 mln. manata bərabər olub. Nəticədə, son bir ildə bankın faiz mənfəəti 30,0% artaraq 8,489 mln. manat, qeyri-faiz zərəri 17,7% artaraq 4,363 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR