Rauf Mirqədirovun şikayəti təmin edilməyib

Rauf Mirqədirovun şikayəti təmin edilməyib
# 09 iyun 2014 09:20 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Nəsimin Rayon Məhkəməsində həbsdə olan jurnalist Rauf Mirqədirovun şikayəti əsasında məhkəmə prosesi keçirilib.

Vəkil Elmar Süleymanovun APA-ya verdiyi məlumata görə, prosesdə R. Mirqədirov iştirak etməyib: “Hakim bizə bildirdi ki, Rauf Mirqədirovun hansı səbəbdən məhkəmədə iştirak etmədiyini bilmir. Biz vəsatət verdik ki, onun iştirakı təmin edilsin. Lakin məhkəmə nə bizim vəsatətimizi, nə də şikayətimizi təmin etmədi”.

Vəkil həmin qərardan apellyasiya şikayəti verəcəklərini deyib.

Qeyd edək ki, müstəntiq İbrahim Ləmbəranskinin R. Mirqədirova Türkiyədə pozulmuş hüquqlarını müdafiə etmək üçün vəkil tutulmasına etibarnamə verilməsinə icazə verməyib. Müstəntiqin bununla bağlı hazırladığı qərardan R. Mirqədirovun vəkilləri məhkəməyə şikayət ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR