Angela Merkel Ukrayna böhranının həllində hərbi üsullardan istifadəni istisna edib

Angela Merkel Ukrayna böhranının həllində hərbi üsullardan istifadəni istisna edib
# 01 may 2014 14:06 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva - APA. Almaniya kansleri Angela Merkel Ukrayna böhranının həllində diplomatik yollardan istifadənin vacibliyini vurğulayıb.

APA-nın "Ukrinform"a istinadən verdiyi məlumata görə, Almaniya kansleri Angela Merkel partiya toplantısındakı çıxışında böhranın həllində hərbi üsullardan istifadəni istisna edib.


Onun sözlərinə görə, Almaniyanın istəyi Rusiya ilə tərəfdaşlıq əlaqələrini saxlayaraq "Ukraynaya bu çətin yolda kömək etməkdir: “Biz tam şəkildə fikrimizi diplomatik həllə yönəltmişik. Dünya müharibələrinin bizə öyrətdiyi dərsləri unutmamalıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR