Ötən ay Azərbaycanda 83 nəfər qidadan zəhərlənib

Ötən ay Azərbaycanda 83 nəfər qidadan zəhərlənib
# 22 aprel 2014 14:26 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2014-cü ilin mart ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 15 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ötən ay 8 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 5 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 254, mikrobioloji göstəricilərinə görə 246, toksikoloji göstəricilərinə görə 193, radioloji göstəricilərinə görə 12 yeyinti məhsullari nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 8-də orqanoleptik və fiziki-kimyəvi, 11-da mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən edilib.

Şadlıq evlərindən 760 yaxma nümunəsi, 5 soyuq qəlyanaltı nümunəsi götürülüb, 7 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilib.

Mart ayı ərzində əhali arasında 76 qida zəhərlənməsi hadisəsi baş verib, 83 nəfər zərərçəkən olub. O cümlədən 4 botulizm hadisəsi baş verib, 7 nəfər zərərçəkən olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR