Ədliyyə naziri AŞPA-nın həmməruzəçiləri ilə görüşüb

Ədliyyə naziri AŞPA-nın həmməruzəçiləri ilə görüşüb
# 21 may 2014 13:06 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt Font de Mora və Cozef Debono Qrex ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə qonaqlar səfərin məqsədlərindən danışıb, Monitorinq Komitəsi olaraq 14 dövlətdə monitorinqlər apardıqlarını söyləyiblər.

Məhkəmə-hüquq sistemində islahatların uğurla davam etdirildiyini bildirən F. Məmmədov bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin genişləndirilməsi barədə danışıb.

Görüşdə digər maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR