Bakıda Rusiya vətəndaşının avtomobilindən siqnal tapançası götürülüb

Bakıda Rusiya vətəndaşının avtomobilindən siqnal tapançası götürülüb
# 17 iyun 2014 10:24 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda Rusiya vətəndaşının avtomobilindən tapança götürülüb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası vətəndaşı, əvvəllər məhkum olunan Adnan Kuseyinzadənin idarə etdiyi “Lexus” markalı avtomobilə baxış keçirilib.

Avtomobilə baxış zamanı “Makarov MP-371” markalı səs-siqnal tapançası, 17 ədəd “Jelevo” tipli pistonlar, siqnal tapançaları üçün səs-siqnal katricləri və 0,75 qr həşiş götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR