ATƏT PA sədri: “Azərbaycan Prezidenti ilə bütün günü bir yerdə olmaq bizim hamımız üçün xüsusi bir gün oldu”

ATƏT PA sədri: “Azərbaycan Prezidenti ilə bütün günü bir yerdə olmaq bizim hamımız üçün xüsusi bir gün oldu”
# 29 iyun 2014 04:11 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu ötən gün Heydər Əliyev Mərkəzində ATƏT Parlament Assambleyasının “Helsinki+40: Hər kəs üçün təhlükəsizliyə doğru” devizi altında keçirilən 23-cü illik sessiyasının iştirakçılarının şərəfinə verilən şam yeməyindən sonra çıxışında ATƏT Parlament Assambleyasının sədri Ranko Krivokapiç deyib. R.Krivokapiçin sözlərinə görə, bu, onu heç də təəccübləndirmir: “O, özü parlament üzvü olub, üç il Avropa Şurası Parlament Assambleyasında fəaliyyət göstərib. Parlamentarilər bir-birilərini çox asan başa düşür və zəruri məsələləri müzakirə edirlər. Bu, bizim ilk günümüz oldu. Adətən birinci gün ikinci və üçüncü günlərlə müqayisədə daha ağır olur. Biz öz aramızda söhbət apardıq, daha yaxşı anlaşma qurduq”.

“Biz vahid bir ailəyə - ATƏT-in Parlament Assambleyası ailəsinə çevrilmişik. Mənim üçün ildə üç dəfə bu çərçivədə toplaşmaq şərəfdir. Biz bu gün bir yerdəyik. Öz bəyanatlarımızı, vacib hesab etdiyimiz məsələləri, məlumatlarımızı nəzərdən keçiririk. Digərləri ilə fikir mübadiləsi aparırıq və bu yolla bir-birimizi daha da zənginləşdiririk. Yeni fikirlərlə daha da zənginləşirik. Tam əminəm ki, biz bununla dostluğumuzu daha da gücləndirəcəyik. Nəhayət, bizim bütün məsələlərə diqqət və qayğı ilə yanaşmağımız çox vacibdir. Yəni, biz sırf praqmatik qərarları qəbul edən şəxslər deyilik, biz canlı insanlarıq. Bizim öz hisslərimiz, inamımız var, çalışırıq öz ölkələrimizə mümkün qədər xidmət edək. Hər zaman ölkələrimiz üçün müsbət məqamlara inanırıq. Bu xoş məram gec-tez hamımız üçün yaxşı nəticələr verir”, deyə ATƏT Parlament Assambleyasının sədri Ranko Krivokapiç bildirib.

Ranko Krivokapiç ATƏT Parlament Assambleyasının daha da gücləndiyindən, daha çevik olduğundan, daha böyük imkanlarının yarandığından böyük fərəh hissi keçirdiyini deyib: “Birgə çalışmağımız xüsusi əhəmiyyət kəsb edir. Biz ümumi dəyərlərə malikik”.

ATƏT PA-nın sədri Azərbaycan Respublikasına xüsusi minnətdarlığımı bildirərək, qonaqlara qeyri-adi qonaqpərvərliyin nümayiş etdirildiyini qeyd edib: “Mən bu sözləri xoşa gəlmək üçün söyləmirəm. Bu, həqiqətdir. Azərbaycan Prezidenti ilə bütün günü bir yerdə olmaq bizim hamımız üçün xüsusi bir gün oldu. Gərgin əməyinizə, ümumi məqsədlərimizə sadiq olduğunuza görə bir daha təşəkkürümü bildirmək istəyirəm. Çox sağ olun”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR