Bakı. Real Cəfərli-APA. İranın Tehran vilayətində güclü yanğın baş verib.
APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, yanğın mayın 8-də Rey şəhərində kimyəvi maddələrin saxlanıldığı anbarda olub.
Yanğını yalnız 7 saatdan sonra söndürmək mümkün olub. Bunun üçün helikopterlərdən istifadə edilib.
Yanğın nəticəsində şəhəri qatı tüstü duman bürüyüb.
Yanğın söndürülərkən 10 yanğınsöndürən xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.