AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda elmi seminar keçirilib

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda elmi seminar keçirilib
# 10 fevral 2014 16:57 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda (FSHİ) növbəti elmi seminar keçirilib.

AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, seminarda İdrak nəzəriyyəsi və elmin fəlsəfəsi şöbəsinin müdiri “Fənlərarası yanaşma və fənlərarası metodologiya: formalaşma prosesinin mürəkkəblikləri” adlı məruzə ilə çıxış edib.

Hazırda dünyanın müxtəlif ölkələrində fənlərarası metodologiyanın bir neçə variantı üzərində iş aparıldığını bildirən məruzəçi mürəkkəblik epistemologiyası, mühiti yanaşma və başqa metodoloji təlimlərlə bağlı müəyyən tezislər irəli sürdüyünü qeyd edib. F.Qurbanov fənlərarası metodologiyanın formalaşmasının bir sıra mürəkkəb aspektlərinin olduğunu da vurğulayıb.

Seminara yekun vuran FSHİ-nin direktoru, fəlsəfə üzrə elmlər doktoru İlham Məmmədzadə müzakirə edilən mövzuya dair müxtəlif fikirlərin olduğunu və alternativ metodoloji yanaşmalara yer ayırmağın vacibliyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR