Milli komandamızın dünya çempionatının seçmə mərhələsində oyunlarının təqvimi dəqiqləşib

Milli komandamızın dünya çempionatının seçmə mərhələsində oyunlarının təqvimi dəqiqləşib
# 07 noyabr 2013 11:47 (UTC +04:00)

Bakı – APA. Qadın voleybolçular arasında dünya çempionatının Bakıda keçiriləcək seçmə oyunlarının təqvimi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Voleybol Mərkəzində baş tutacaq J qrupunun qarşılaşmaları gələn il yanvarın 3-də start götürəcək.


Mundiala vəsiqəni Bakıda qazanmağı planlaşdıran yığmamız ilk görüşünü İsrail voleybolçularına qarşı keçirəcək. Ardınca Estoniya ilə üz-üzə gələcək Faiq Qarayevin yetirmələri son görüşdə qrupun ən güclüsü olan Serbiya millisi ilə qarşılaşacaqlar. Çox güman ki, növbəti mərhələyə birbaşa vəsiqənin sahibi də məhz son oyunda bilinəcək.

3 yanvar
16:00. Serbiya – Estoniya
19:00. Azərbaycan – İsrail


4 yanvar
16:00. Serbiya – İsrail
19:00. Estoniya – Azərbaycan


5 yanvar
16:00. İsrail – Estoniya
19:00. Azərbaycan – Serbiya


Qeyd edək ki, 2014-cü il sentyabrın 23-dən oktyabrın 12-nə kimi İtaliyada təşkil olunacaq mundiala Avropanın 5 seçmə qrupunun hər birindən ilk yerin sahibləri vəsiqə qazanacaq. İkinci yerlərdən isə yalnız ən yaxşı göstəricilərə malik 2 komanda buna nail olacaq.

Artıq meydan sahibləri İtaliya, Avropa çempionatının finalçıları Rusiya ilə Almaniya, Asiya və Okeaniyanın 4 komandası – Yaponiya, Çin, Tailand, Qazaxıstan və Cənubi Amerikadan Braziliya milliləri artıq 24 komandanın mübarizə aparacağı dünya çempionatına vəsiqəni əldə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR