Azərbaycanda İİV-ə yoluxanların sayı açıqlanıb

Azərbaycanda İİV-ə yoluxanların sayı açıqlanıb
# 05 noyabr 2013 09:00 (UTC +04:00)

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından APA-ya verilən məlumata görə, Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-infeksiyası təsdiq olunmuş 4171 nəfər rəsmi qeydiyyata götürülüb.

Onlardan 4027 nəfəri (96,7%) Azərbaycan vətəndaşı, 144 nəfəri (3,3%) isə əcnəbidir. İİV-ə yoluxanların 3263-ü (78,2%) kişi, 908-i (21,8%) qadındır. İİV-ə yoluxması təsdiq olunmuş 4171 nəfərdən 2367-də (56,7%) İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Onlardan 1728 nəfəri (73,4%) dispanser qeydiyyatındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR