Rusiya XİN başçısı Ukraynada administrativ binaları ələ keçirən müxalifətçiləri yaraqlı adlandırıb

Rusiya XİN başçısı Ukraynada administrativ binaları ələ keçirən müxalifətçiləri yaraqlı adlandırıb
# 21 yanvar 2014 10:06 (UTC +04:00)

APA müxbirinin məlumatına görə, bunu bu gün mətbuat konfransında Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

Ukraynada parçalanma ehtimalı ilə bağlı məsələni şərh edən nazir bu cür təxribat xarakterli söhbətləri dastəkləmək niyyətində olmadığını bildirib. Onun sözlərinə görə, Ukraynanın parçalanmaması və durumun sabitləşməsi üçün Rusiya əlindən gələni edəcək.

Rusiya XİN başçısı Avromaydan başlayandan bəri administrativ binaları ələ keçirən müxalifətçiləri yaraqlı adlandırıb. “Meriya və ələ keçirilən digər hökumət binalarında yaraqlılar bir neçə həftə qalıb. Təsəvvür edin ki, bütün bunlar Avropa Birliyi ölkələrindən birində baş verər. Bu, mümkün idi?!”

Lavrov qeyd edib ki, bəzi avropalı həmkarları Ukraynanın daxili işlərinə qarışmasalar, daha yaxşı olardı.

Nazirin sözlərinə görə, Ukraynadakı son hadisələr durumun nəzarətdən çıxdığını göstərir: “Bu proseslərin müəyyən mənada xaricdən dəstəkləndiyinə dair bəzi məlumatlar var. Belə çıxır ki, indi bu qüvvələr müxalifətin maraqlarını da nəzərə almır. Güman ki, Ukraynadakı xaosda kimlərsə maraqlıdır. Amma bu, Rusiya deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR