Moskvada qız qaçırmaqda təqsirləndirilən Azərbaycan vətəndaşı azadlıqdan məhrum edilib

Moskvada qız qaçırmaqda təqsirləndirilən Azərbaycan vətəndaşı azadlıqdan məhrum edilib
# 12 noyabr 2013 10:47 (UTC +04:00)

APA-nın “İnterfax”a istinadən xəbərinə görə, 33 yaşlı Orxan Əlizadə adam oğurluğunda təqsirli bilinib.

İttihama görə, O.Əlizadə iki il əvvəl Bakıda tanış olduğu qızı bu ilin may ayında Moskvada qaçırıb. O, pusquda duraraq qızın gəlməyini gözləyib. Qız yaxınlaşanda isə əlindən tutaraq zorla tanışının maşınına salıb və qaçırıb. Sürücüyə və onunla birgə gələn dostlarına qızı həyat yoldaşı kimi təqdim edib. Lakin hadisə şahidləri bu barədə polisə məlumat verib və avtomobil yol polisi tərəfindən saxlanılıb.

Məhkəmədə ifadə verən O.Əlizadə qızı sevdiyini və onunla ailə qurmaq istədiyini, lakin qızın atasının buna imkan vermədiyini deyib. Məhkəmənin hökmü ilə Orxan cəzasını ümumi rejimli islah-əmək müəssisəsində çəkməklə 1 il müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR