Güclü külək Ucarın bir neçə kəndini işıqsız qoyub

Güclü külək Ucarın bir neçə kəndini işıqsız qoyub
# 21 oktyabr 2013 09:36 (UTC +04:00)

Ucar. Zahid Abışov - APA. Son aylar Ucar rayonunda elektrik enerjisinin verilişində ciddi problem yaranıb.

Yerli sakinlərin APA-ya verdiyi məlumata görə, hava şəraitində bir qədər dəyişiklik olduqda, rayonda enerji verilişinin dayandırılması adi hal alır. Yaranmış problem isə 8-10 günə həll olunur ki, bu da abonentlərin ciddi narazılığına səbəb olur.

İki gün əvvəl rayon ərazisində əsən külək yenidən rayonun bir neçə kəndinə enerjinin verilişinin dayandırılmasına səbəb olub. Problem hələ də həll olunmadığından, dünən axşam saatlarına kimi, bu gün isə səhər saatlarından rayonun bir neçə yaşayış məntəqəsi işıqsız qalıb.

Ucar Paylayıcı Elektrik şəbəkəsinin növbətçi hissəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, elektrik naqillərində yaranmış problemin aradan qaldırılması məqsədilə rayonun bir neçə kəndinə enerjinin verilişi dayandırılıb: “Təxminən bir saata yaranmış problem aradan qaldırılacaq və enerjinin verilişi bərpa ediləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR