Azərbaycan prezidenti Yunanıstanın baş naziri və parlamentin sədri ilə görüşüb - FOTO

Azərbaycan prezidenti Yunanıstanın baş naziri və parlamentin sədri ilə görüşüb - <span style="color: red;">FOTO
# 16 iyun 2014 17:00 (UTC +04:00)

APA-nın xəbərinə görə, görüşdə ölkələr arasında müxtəlif sahələrdə ikitərəfli əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə olunub. İqtisadi sahədə, o cümlədən energetika, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu vurğulanıb. İqtisadi əlaqələrin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı çərçivəsində önəmi qeyd edilib.

Görüşdən sonra A.Samaras tərəfindən Azərbaycan prezidenti İlham Əliyevin şərəfinə rəsmi nahar verilib.

Daha sonra prezident İlham Əliyev Afinada Yunanıstan parlamentinin sədri Vanqelis Meimarakis ilə görüşüb. Vanqelis Meimarakis Azərbaycan prezidenti İlham Əliyevlə Yunanıstan parlamentində görüşündən məmnunluğunu bildirib. O, Azərbaycan və Yunanıstan parlamentləri arasında əlaqələrin inkişaf etdiyini söyləyib. Ötən ilin noyabrında Yunanıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərinin Azərbaycanda olduğunu xatırladan sədr yaxın vaxtlarda özünün də Azərbaycana səfər edəcəyini diqqətə çatdırıb.

Parlamentin sədri həmçinin Azərbaycan prezidentinin Yunanıstana dövlət səfərinin ölkələr arasında bir çox sahələrdə əlaqələrin inkişafı baxımından əhəmiyyətini qeyd edib.


Prezident İlham Əliyev isə öz növbəsində parlamentlərarası əlaqələrin ölkələr üçün çox önəmli olduğunu deyib. Bu əlaqələrin ümumi əməkdaşlığın inkişafında mühüm yer tutduğunu bildirib.


Azərbaycan-Yunanıstan parlamentlərarası əlaqələrinin inkişafını qeyd edən dövlət başçısı qanunverici orqanlarımızda dostluq qruplarının fəaliyyətini bunun göstəricisi olduğunu vurğulayıb. Son beş ildə Yunanıstana ikinci dəfə səfər etdiyini deyən prezident İlham Əliyev bunun ölkələr arasında əlaqələrin inkişafını təsdiq edən mühüm fakt olduğunu diqqətə çatdırıb. Prezident səfər çərçivəsində Yunanıstan prezidenti və baş naziri ilə səmərəli görüşlər keçirdiyini deyib. Azərbaycanla Yunanıstan arasında qurulmuş dostluq əlaqələrinin çox uğurla inkişaf etdiyini və əməkdaşlığın gələcəkdə daha da genişlənməsi üçün böyük imkanların olduğunu bildirib.


Sonda Vanqelis Meimarakis Yunanıstan parlamentinin qızıl medalını prezident İlham Əliyevə təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR