ABŞ-ın Missisipi ştatında fövqəladə vəziyyət rejim elan edilib

ABŞ-ın Missisipi ştatında fövqəladə vəziyyət rejim elan edilib
# 29 aprel 2014 01:27 (UTC +04:00)

APA-nın “Baltinfo” agentliyinə istinadən verdiyi xəbərə görə, qubernator xəbərdarlıq edib ki, ştat sakinləri şiddətli külək, yağış, dolu və tornado ilə üzləşəcəklər.

Qeyd olunur ki, qasırğa artıq Tupelo şəhəri üzərindən ötüb keçib. İlkin məlumatlara əsasən, onlarla tikili dağılıb. Ölən və xəsarət alanlar barədə məlumat verilmir.

Bundan əvvəl Arkanzas və Oklahoma ştatlarında tornado 12 nəfərin həyatına son qoyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR