Elmar Məmmədyarov Ukraynanın baş naziri ilə görüşüb

Elmar Məmmədyarov Ukraynanın baş naziri ilə görüşüb
# 05 dekabr 2013 15:45 (UTC +04:00)

Bakı - APA. ATƏT Nazirlər Şurasının 20-ci iclasının açılış sessiyasında iştirak etmək məqsədilə Ukraynada səfərdə olan nazir Elmar Məmmədyarov bu ölkənin baş naziri Nikolay Azarov ilə görüşüb. XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüş zamanı Azərbaycanla Ukrayna arasında ikitərəfli münasibətlərin, o cümlədən iqtisadi sahədə əlaqələrin hazırkı səviyyəsindən və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan məmnunluq ifadə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR